Yol polisi piyada və sürücülərə MÜRACİƏT ETDİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) piyada və sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a deyib ki, yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır: “Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarıb. Bu isə qabaqlayıcı tədbirlərin təxirə salınmadan icrasını zəruri edib".
"Gecə saatlarında piyada səkilərini zəbt edən, yüksək səslə ətrafdakı insanların istirahətini pozan sürücülər, eləcə də bəzən hərəkət sürətini şəhərdaxili yollarda artıran, lüzumsuz, bəzən də qadağan olunmuş səs siqnallarından istifadə edən, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarəetmə halları artıb. Eləcə də avtomobillərdə konstruksiya dəyişiklikləri, əlavə avadanlıqlar etməklə müdaxilələr və sair neqativ halların aşkarlanması ümumi ictimai asayişə mənfi təsir etməklə yanaşı piyada vurma və digər formalarda qəza şəraiti yaradan vəziyyətləri də artırıb. Bu növ halların qarşısının alınması məqsədilə Bakı Şəhər DYPİ gecə xidmətlərinin say həddini artırmaqla gücləndirilmiş qaydada xidməti təmin etməyə başlayıb. Vətəndaşlarımızdan ictimai asayişə, yollardakı hərəkət təhlükəsizliyinə, nəzərdə tutulan qaydalara məsuliyyətli yanaşmağı, qanunsuz hərəkətlərdən çəkinməyi, özünün və ətrafdakı insanların sərbəst hərəkətlərinə, istirahət hüquqlarının pozulmaması üçün çətinlik yaratmamağı, nizamlı və intizamlı olmağı, məsuliyyətsizlik zəminində haqlı narazılıq və narahatçılıq yaradan hallara yol verməməyi xahiş edirik!”, - o qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












