Yol polisi postunda narkoman sürücülər tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.
DİN-dən verilən məlumata görə, Qaradağ rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Pərviz Ağarzayevin idarə etdiyi “Hyundai”, Şəmkir rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Taleh Bədəlovun idarə etdiyi KİA, Balakən rayonunun Hənifə kəndi ərazisində isə kənd sakini Məmməd Hüseynovun idarə etdiyi “Tofaş” markalı avtomobillər saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin və M.Hüseynovun sərnişini Ayaz Osmanoğlunun narkotik vasitə qəbul etmələri müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 333.1, 327.1 və 333.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə P.Ağarzayev iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə T.Bədəlov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimələniblər. M.Hüseynov və A.Osmanoğlu barəsində isə protokollar tərtib edilərək Balakən Rayon Məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












