Yol polisi qanunsuz sərnişindaşımaya qarşı mübarizəyə başladı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən stasionar postda yollarda baş verə biləcək qəzaların qarşısının alınması, hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət olunması məqsədilə təbliğat xarakterli tədbir keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbirdə Baş İdarənin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli və DYP-nin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları iştirak ediblər.
Əsas məqsəd yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün sürücülərin uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməsi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunması, sərnişindaşıma, yükdaşıma qaydalarına riayət edilməsi, nəqliyyat vasitələrinin texniki sazlığına fikir verilməsi barədə sürücülərin maarifləndirilməsi olub.
Tədbir zamanı yuxarıda sadalanan qaydaları kobud şəkildə pozan sürücülər barəsində inzibati qaydada tədbir görülüb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


























