Yol polisi qum-çınqıl daşıyanlara xəbərdarlıq etdi - VİDEO - FOTO

Bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib.
Avtosfer.az xəbər verir ki, cəmiyyətdə vətəndaşların haqlı narazılığı ilə qarşılanan əsas hüquqpozmalardan biri olan yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq reydlər təşkil edilir. Sonuncu belə reyd Sabunçu rayonunda baş tutub. Tədbir zamanı Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bu ilin əvvəlindən daxili işlər orqanları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib. Bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə qanunauyğun tədbir görülüb.
Bir daha xəbərdarlıq edərək bildirirk ki, polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində bundan sonra tədbirlər davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














