Yol polisi rayona gedən sürücüləri saxladı; qəzalara qarşı reydlər keçirilir - VİDEO - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX alayının əməkdaşları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbir keçirilib.
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, yol-patrul xidməti əməkdaşları bayram ərəfəsində respublikanın avtomobil yollarında profilaktiki işləri davam etdirir. Bu məqsədlə BDYPİ-nin Yol Partul Xidməti (YPX) alayının Bakı-Qazax yolu üzərində yerləşən stasionar postunda 7-ci tağımının əməkdaşları magistral yollarda sərnişindaşımanın, yükdaşımanın, minik avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində reydlər keçirib. Tədbirin məqsədi bayram günlərində paytaxtdan regionlara avtomobil axınının intensivləşməsi yollarda sıxlığın yaranmasına səbəb olduğundan yollarda manevr qaydalarını düzgün yerinə yetirməyən, sürət həddini aşan, sərxoş halda avtomobilləri idarə edən sürücüləri müəyyən etmək, yorğun və yuxusuz vəziyyətdə avtomobilləri idarə edən sürücülərə xəbərdarlıq etmək, onlarla profilaktik söhbətlər aparmaqdır. Ümumiyyətlə yorğun və yuxusuz olan sürücülərə stasionar postlarda müvəqqəti istirahət etmələri təklif olunur. Eyni zamanda, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yollarda ötmə əməliyyatını düzgün yerinə yetirməyən, həmçinin avtomobili sərxoş halda idarə edən sürücülər barəsində müvafiq tədbirlər həyata keçirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















