Yol polisi reyd keçirdi - İki rayonda narkoman sürücülər SAXLANILDI

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












