Yol polisi reyd keçirdi - Marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanıldı - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.
Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb. Araşdırma zamanı onun marixuana qəbul edib, “VAZ-21014” markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.
Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar sürücülük hüququndan məhrum edilib və hər üçü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.




Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












