Yol polisi Salyanda sürücünü təqib edərkən qəza törədib? - RƏSMİ AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Salyan rayon polis şöbəsinin YPX bölməsinin əməkdaşı, polis kapitanı İlkin Əhmədovun, xidməti avtomobil ilə qəza törətməsi ilə bağlı məlumat yayılıb. Bildirilir ki, o, yüksək sürətlə hərəkətdə olarkən, "VAZ 2106" markalı avtomobillə toqquşub. İlkin Əhmədov, hadisəni törədərkən digər bir avtomobili qovduğu bildirilir. Daxili İşlər Nariliyindən məsələ ilə bağlı Avtosfer.az-a bildirilib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11 radələrində Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan RPŞ-in DYP-nin YPX-nin əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














