Yol polisi sürücüləri dayandığı yerdə cərimələyə bilər - REYDLƏR BAŞLADI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi səkilərdə park edən sürücülərə qarşı reydlərə başlayıb. Avtosfer.az xəbər verir ki, İdarə rəhbərliyinin göstərişinə əsasən YPX əməkdaşları səkilərdə insanların yolu kəsən sürücüləri cərimələyir.
Qeyd edək ki, buna səbəb vətəndaşlar tərəfindən çoxsaylı müraciətlərin olmasıdır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə dayanma-durmaya görə sürücü 20 manat məbləğində cərimə olunur. Lakin İnzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə sürücü qırx manat məbləğində cərimə edilir.
Səkidə park etmiş sürücünün orda hərəkət etdiyi məntiqlə izah olunur. Odur ki, YPX əməkdaşları sizə 20 manat yox, 40 manat məbləğində cərimə yaza bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












