Yol polisi Suraxanıda reyd keçirdi: ödənməmiş cərimə, qanunsuz sərnişindaşıma... - VİDEO

Bu gün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici reyd keçirib.
Avtosfer.az xəbər verir ki, reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus və taksi sürücüləri aşkarlanıb. Eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər barəsində qanunauyğun qaydada tədbirlər görülüb.
Tədbir zamanı ödənməmiş cərimələri olan sürücülər saxlanılıb. Onlara qanunun tələbləri izah edilib və avtomobillər duracağa təmin olunub.
YPX əməkdaşları karantin qaydalarını pozan sürücülər də aşkarlayıb. Onlara tibbi maskadan istifadə etmək, taksilərdə şəffaf arakəsmələrin olmasının vacibliyi izah edilib.
Ümumilikdə reyd zamanı 30-dək sürücü barəsində inzibati qaydada protokol tərtib olunub. Sürücülərlə profilaktiki söhbətlər aparılıb.
Bu cür tədbirlərin mütamadi olaraq keçirilməsi planlaşdırılır. Reyddən hazırlanmış videosujeti təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












