Yol polisi sürücülərə müraciət etdi: "Hər kəs avtomobildə bunu saxlamalıdır"

"Qəzalar zamanı xəsarət alan şəxslərin köməyinə hər zaman təcili tibbi yardım briqadaları çatır, amma bu ana kimi yaralı şəxsin köməyinə hər bir insan gələ bilər". Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova sürücülərə tövsiyyə edərək bildirib. O, qeyd edib ki, tibbi personalın ilkin yardımına kimi maşınlarda olan tibbi çantalardan istifadə etmək mümkündür. "Çox təssüflər olsun ki, qəzalar zamanı çox vaxt bu çantalardan istifadə edilmədiyinin şahidi oluruq. Niyə kimisə xilas etmək imkanınımız ola-ola ondan istifadə etmirik? Çünki çoxu bu çantaları avtomobilinə qoymağa belə etinadsız yanaşır.
Profilaktik tədbirlərdə apardığımız müşahidə zamanı bəzi sürücünün maşınında tibbi çantalar olmur, olanların bir qismi bunun mahiyyətini anlamır və "nəyə lazımdır" deyirlər. Çox hallarda isə bəzi sürücülər "tibbi çantam var" deyib ondan illər uzunu istifadə belə etmir və tibbi çantaların içərisində vaxtı keçmiş dərman preparatları saxlayır.
Ona görə də hər ayın sonu həmin prepartlar istifadə müddətinin bitib-bitməməsinə, yararlığına nəzər salınması məsləhətdir.
Bakı Şəhər Dövlət Yol Polisi olaraq bir daha sürücülərə müraciət edirik ki, idarə edilən nəqliyyat vasitələrində komplekləşdirilmiş dərman qutuları olmalıdır. Əgər komplekləşdirilmiş dərman qutuları idarə edilən nəqliyyat vasitəsində yoxdursa, bu hal inzibati məsuliyyət yaradır.
Hər halda, cərimədən də əsas insanın sağlamlığdır. Çünki heç kim, qəzadan
sığortalanmayıb. Odur ki, ehtiyyatınızı əldən verməyin".
Orxan
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO












