Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? - RƏSMİ CAVAB

Əksər sürücülər etiraz edirlər ki, yol polisi onları tıxac olan, digər hərəkət iştirakçıalrına mane yaradan, təhlükəli yerlərdə və s. saxlayır. Bu barədə sosial şəbəkədə çoxsaylı paylaşımlar da mövcuddur.
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sürücülərin yol polisi tərəfindən hansı yerlərdə saxlanılması ilə əlaqədardır.
“Yol polisi hansı yerlərdə sürücüləri saxlaya bilməz?” sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Araz Əsgərov cavab verib. O bildirib ki, əgər hərəkətdə olan nəqliyyat vasitəsinin saxlanılması digər hərəkət işriakçılarına ciddi mane yaradacaqsa, buna yol verilməməlidir:
“Yol polisi hərəkətdə olan sürücünü, hərəkətin digər iştirakçılarını mopedçini, velosipedçini, piyadanı yol hərəkəti qaydalarını pozduğu istənilən halda saxlaya bilər. Sıxlıq, tıxac və s. bunların heç bir aidiyyatı yoxdur. Bu barədə yol patrol xidməti haqqında qanunda göstərilən məqamlar var. Məsələn, tunellərin altında haçalanma varsa, dönmə bucağı çoxdursa, dönən sürücülər üçün zolaq sayı 2-dən azdırsa yol polisi sürücüləri saxlaya bilməz. Ancaq tuneldə zolaq sayı 4-dürsə saxlamaq olar. Stasionar postlarda istənilən vaxt sürücünü saxlayıb sənədlərini yoxlamağa qanun icazə verir. Əgər avtomobilin yol polisi tərəfindən saxlanılması digər hərəkət iştirakçılarına ciddi mane yaradırsa, o, saxlanılmamalıdır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












