Yol polisi sürücüləri postlarda niyə saxlayır? – Ekspert aydınlıq gətirdi - VİDEO

Yol hərəkəti qaydaları üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı sosial şəbəkə hesabında canlı yayım edərək Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının stasionar postlarında sürücülərin saxlanılması ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib. O bildirib ki, bəzi sürücülər stasionar postlarda tez-tez saxlanıldığını, yol polisi əməkdaşlarının onların sənədlərini yoxladığını, spirtli içki, narkotik maddə qəbul edib-etmədiyini soruşduğunu narazılıq kimi qələmə verirlər.
Lakin Elməddin Muradlı hesab edir ki, yol polisinin bu cür iş rejimini narazılıq kimi qəbul etməyə ehtiyac yoxdur, səbrli və təmkinli olmaq lazımdır. Çünki ötən il mindən artıq narkotik maddə istifadəçisi olan sürücü məhz həmin postlarda aşkarlanıb və onların barəsində tədbirlər görülüb. Bu o deməkdir ki, yüzlərlə hadisənin qarşısı alınıb: “Ona görə də, sürücülər stasionar postlarda avtomobilin saxlanılmasını, sənədlərin yoxlanılmasını, sürücüyə hər hansı sualın verilməsini faciə kimi qəbul etməməlidirlər. Yol polisi əməkdaşları bu vasitələrlə sürücülərin adekvat davranışlarına nəzər yetirirlər və narkoman, narkotik vasitənin, psixotrop maddənin təsiri altında olan sürücülər də məhz bu formada aşkarlanır”.
Bütün bunları nəzərə alaraq Elməddin Muradlı sürücüləri səbrli və təmkinli olmağa çağırıb. Eyni zamanda bildirib ki, stasionar postlarda sürücülər saxlanılarkən onlara qarşı digər tələblərin irəli sürülməsi ilə bağlı narazlıq varsa, adiyyəti üzrə şikayət etmək hüquqları var. “Amma sırf sənədlərin yoxlanılması, narkotik maddənin, psixotrop maddənin təsiri altında olub-olmamasını yoxlmaq yol polisinin qanunla tənzimlənən hüququdur. Yəni stasionar postlarda istənilən avtomobili saxlayıb sənədləri yoxlamaq polis əməkdaşlarına verilmiş səlahiyyətlərdən biridir. Ona görə bir daha sürücüləri səbrli və təmkinli olmağa çağırıram və narkotik bəlasına qarşı mübarizədə həmrəlik nümayiş etdirməyi vacib sayıram”.
Yunis İsrafilov
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












