Nömrəyə görə saxlanan sürücü dəli çıxdı: sənəd yox, 1000 manat cərimə - Bakıda film kimi hadisə

Dünən paytaxtın Lermontov küçəsində xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Mehmanlı Mehman 99 BA 979 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobili arxa dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün saxlayıb. Araşdırma zamanı məlum olub ki, sürücü Əsədov Ağaqulu Adil oğlunun sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur.
Eyni zamanda avtomobilin rəngi texniki şəhadətnamədə qara göstərilsə də boz rəngdədir və dövlət nömrə nişanı əl ilə yazılıb. Həmçinin avtomobilin üzərində ümumi məbləği 1084 manat olmaqla 15 ödənməmiş cərimə var və üzərinə həbs qoyulub. Texniki baxışı və sığortası 1 ildən çoxdur ki, yoxdur.
YPX əməkdaşı sürücüyə hüquqlarını izah edən zaman mübahisəyə başlayan şəxs tabesizlik nümayiş etdirib. Eyni zamanda YPX əməkdaşına qarşı kobudluq edib. Bildirib ki, ruhi xəstədir və ruhi əsəb dispanserində qeydiyyatdadır.
Sürücü özünü lezva ilə doğramaq istədiyi üçün əraziyə Post Patrul Xidməti əməkdaşları dəvət olunub. Bundan sonra həmin şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə təqdim edilib.
Bu gün hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmə prosesində Əsədov Ağaqulu Aqil oğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunub.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















