Yol polisi “Diqqət, uşaqlar!” təhlükəsizliyi aylığına STAR VERDİ - AÇIQLAMA

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təhsil ictimaiyyətinə müraciət edib.
İdarə rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, yeni dərs ilində ölkəmizin ümumtəhsil məktəblərində, eləcə də ali, orta ixtisas və digər təhsil müəssisələrində tədrisin ənənəvi şəkildə təşkili küçə və yollarda təhsil alanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha effektiv tədbirlərin görülməsini zəruri edir: "Elə bu səbəbdən, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsilalanlar arasında tərbiyəvi-təbliğat tədbirlərinin gücləndirilməsi, o cümlədən onların yolu keçərkən telefon və ya qulaqcıqdan istifadə, yolu nəzərdə tutulmayan yerdən keçmə, eləcə də sürücülük hüququ olmadığı halda avtomobil idarə edilməsi kimi təhlükəli əməllərdən çəkindirilməsi istiqamətində maarifləndirmə işlərinin aparılması və bu sahədə media subyektlərinin imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, eyni zamanda yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir".
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










