"Yol polisi tələ qurur" deyən sürücüyə DYP cavab verdi - FOTO

Yol polisi tərəfindən cərimələnən sürücü sosial şəbəkədə məlumat yayaraq yollarda tələ qurulduğunu iddia edib. Avtosfer.az xəbər verir ki, Zülfüqar Xeyirxəbər adlı sürücü paytaxtın Zərifə Əliyeva küçəsində yol nişanlanma xəttinin tələbini pozduğu üçün xüsusi texniki vasitə ilə barəsində protokol tərtib edilib. O, nişanlanma xəttlərinin sürücülərə tələ məqsədi ilə çəkildiyini və buna görə sürücülərə yazılmış cərimələrin haqsız olduğunu bildirib.
Eyni zamanda paytaxtın Aşıq Molla Cümə küçəsində avtomobildə yaranmış nasazlıq səbəbindən təhlükəsizlik adacığının üzərində dayandığına görə cərimələndiyini, o cümlədən qırmızı işıqda keçərkən yol polisi əməkdaşı tərəfindən saxlanılan zaman ona görüntüləri göstərmədən protokolun yazılamsından şikayətlənib.
Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, Zülfüqar Xeyirxəbərin "Facebook" səhifəsində paylaşdığı həmin yazı ilə bağlı onunla telefon əlaqəsi yaradıb və göstərdiyi xüsusatlar haqqında ətarflı izah verib: "Bakı şəhərində yol nişanlanma xətləri ilə bağlı nöqsanlar olduqda aidiyyəti qurumlar tərəfindən həmin nöqsanlar aradan qaldırılır. Barəsində tərtib edilmiş protokolda isə qayda pozuntusu aşkar edildiyi üçün, həmin qərarın qanuni olduğu ona izah edilib".
Vaqif Əsədov bildirir ki, Z.Xeyirxəbər avtomobildə yaranmış nasazlıq səbəbindən təhlükəsizlik adacığında dayandığına görə cərimələndiyini bildirib: "Qeyd edim ki, mövcud qanunvericiliyə görə avtomobildə nasazlıq yarandıqda və sürücü buna görə dayanma-durma qadağan edilən yerdə dayandıqda mütləq "qəza dayanma" işıqlarını qoşmalı, həmçinin "qəza dayanma" nişanını quraşdırmalıdır. Əks halda dayanma-durma qaydasını pozduğuna görə məsuliyyətə cəlb edilməsi qanun çərçivəsində olacaqdır.
Eyni zamanda onu da qeyd edim ki, sürücü svetoforun qırmızı işığında keçən zaman yol polisi əməkdaşı bunu aşkarladıqda həmin sürücü barəsində protokol tərtib etməlidir. Əgər sürücü qayda pozmadığını iddia edərsə, o zaman Dövlət Yol Polisi İdarəsinə yaxınlaşaraq müvafiq otaqda həmin görüntülərlə tanış ola bilər".
Təbriz
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO











