Yol polisi və Dövlət Agentliyi "VAZ dairəsi" ilə bağlı yeni layihə hazırladı - RƏSMİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə yol polisi tərəfindən "VAZ dairəsi" kimi tanınan ərazidə yeni layihə hazırlanıb və layihə mərhələli şəkildə həyata keçirilir. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. Bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı yollarda sıxlıqların olması nəzərə alınaraq layihənin ilkin mərhələsi qısa müddət ərzində həyata keçirildi. Layihənin icrasının sonrakı mərhələsində mövcud yol şəraiti, istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq hərəkətin daha da təkmilləşdirilməsi istiqamətində əlavə işlərin görülməsi planlaşdırılıb: "Nəzərə almaq lazımdır ki, həmin ərazidə əvvəllər mütamadı sıxlıq müşahidə olunurdu ki, bu da sürücülərin əlavə vaxt itkisinə və əlavə yanacaq sərfiyyatına səbəb olurdu. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,5 kilometr məsafə qət etməklə geriyədönmə edib hərəkətlərinə davam edə bilirlər ki, bununla da tıxacda qalmadan gedəcəkləri yerə rahat gedə bilirlər. Bildirmək istəyirik ki, qeyd olunan layihə sürücülərin həmin ərazidə rahat, təhlükəsiz və əlverişli hərəkətinin təmin olunması məqsədi ilə həyata keçirilir".
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












