Yol polisi yeni dərs ili ilə bağlı MÜRACİƏT ETDİ

Bakı şəhər Dövlət yol Polis İdarəsinin yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına
müraciət edib. İdarənin təbliğat və təşviqat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 29-da orta təhsil müəssisələrinin yerləşdiyi
küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət
intensivliyinin artacağı gğzlənilir.
"Bunları nəzərə alaraq, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını
məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına
mütləq riayət olunmalıdır. İctimai nəqliyyat vasitələrindən istifadə edən valideynlərə isə tövsiyəmiz ondan ibarətdir ki, sosial məsafəni saxlamala tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.
Ümid edirik ki, məktəblilərin təhlükəsizliyinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir
hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə
yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin
gördüyü tədbirlərə yardımçı olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirmiş olacaqlar."
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO












