Yol polisiləri məktəblilərə yol hərəkəti qaydalarından danışdı - FOTO - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sabunçu rayon DYPŞ-nin əməkdaşları ilə birgə rayonun Cəfər Cabbarlı adına 178 saylı orta məktəbində maarifləndirmə tədbirləri keçirib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli, İdarənin inspektoru polis leytenantı Rüstəm Əhmədli, Sabunçu rayonu Dövlət Yol Polis İdarəsinin inspektoru polis kapitanı Yaqub Piriyev və Sabunçu rayonu Dövlət Yol Patrul Xidmətinin əməkdaşları iştirak ediblər.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarını aşılamaq, onları yollardakı təhlükələrdən qorumaqdır. Bu, eyni zamanda Daxili İşlər Nazirliyinin “Diqqət, uşaqlar!” aylığı çərçivəsində keçirilən tədbirlərin bir hissəsidir. “Pedoqoji kollektivlərdən də xahiş edirik ki, bu cür tədbirlərdə yol hərəkəti təhlükəsizlik qaydalarına aid olan bütün məsələlərdə bunun həyati əhəmiyyətliliyini, xüsusilə də azyaşlı, yeniyetmə uşaqlar arasında təbliğatın son dərəcədə əhəmiyyətli olduğu nəzərə alınsın”, - məlumatda qeyd edilib.
Tədbirdə şagirdlərlə yol hərəkəti qaydaları barəsində maarifləndirici söhbətlər aparılıb. Yol polisləri müxtəlif məlumatlar ətrafında məktəbliləri sorğu-sual edib və onların bilik və bacarıqlarını yoxlayıblar. Eyni zamanda məktəbin önünə DYP tərəfindən hazırlanmış məlumat lövhələri vurulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















