Yol polisindən Bakıda moped qəzası ilə bağlı AÇIQLAMA - VİDEO

Bu gün sosial şəbəkələrdə, o cümlədən bəzi kütləvi informasiya vasitələrində YPX avtomobilinin moped sürücüsünü vurması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açlıqlama verib. Bildirib ki, həqiqətən də dünən saat 18:35 radələrində Vaqif prospekti ilə, Azadlıq prospektinin kəsişməsində Yol Patrul xidmət avtomobili ilə “Mon” markalı moped sürücüsünün toqquşması qeydə alınıb. “Hadisə hazırda Nəsimi rayonu Polis İdarəsində araşdırılır.”
Vaqif Əsədov bildirib ki, digər bir sürücünün avtomobilində olan kamera vasitəsilə qeydə alınan görüntülər əsasında yayılmış məlumatlarda qərəzlilik ifadə olunub. “İdda edilir ki, YPX inspektoru qəsdən moped sürücüsünü vurub və hadisə yerindən uzaqlaşıb. Amma yayılan kadrlar sadəcə hadisənin bir nöqtəsini əhatə edir. Həmçinin görünür ki, YPX avtomobili hadisə yerindən təxminən 7-8 metr sonra saxlayır və inspector mopet sürücüsünə kömək etmək üçün gəlir.”
Polis polkovniki onu da əlavə edib ki, hadisədən dərhal sonra inspektor qəza nəticəsində xəsarət almış şəxsi xəstəxanaya çatdırıb. “Onun həyatı təhlükəsi olmayıb və müayinə olunduqdan sonra evə buraxılıb.”
Yol polisinin qayda pozması məsələsinə diqqət çəkən Vaqif Əsədov bildirib ki, qanunvericiliyə görə digər sürücülər operativ nəqliyyat vasitələrinə yol verməlidirlər. Eyni zamanda şəhərin sıxlıq olan küçələrində yolayrıcına daxil olan zaman ehtiyyatlı olmaq lazımdır. Moped sürücüsü uzaqdan gələn YPX avtomobilini görə bilərdi və qəzanın qarşısını da ala bilərdi. Görünür ki, mopedin gənc sürücüsü təcrübəsizlik nümayiş etdirib.”
Polis polkovniki onu da əlavə edib ki, hadisə ilə bağlı araşdırma aparılır. “Xüsusi texniki vasitələrlə hadisənin görüntüləri əldə olunub və buna hüquqi qiymət veriləcək.”
Vaqif Əsədov moped, motosiklet və vlosiped sürücülərinə də müraciət edərək onları yollarda diqqətli olmağa çağırıb. “Unutmaq lazım deyil ki, ani bir səhv sizin həyatınız bahasına başa gələ bilər. Odur ki, yollarda diqqətli olun.”
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










