Yol polisindən başını divara vurub şou yaradan sürücü barəsində AÇIQLAMA - VİDEO

Yol polisi Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident barədə açıqlama verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli Avtosfer.az-a bildirib ki, hadisə zamanı “Opel Astra” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:
“Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.
Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












