Qazi adıyla qayda pozanlar cərimələnəcək? - DYP və ekspertdən AÇIQLAMA - VİDEO

Son zamanlar bir çox yerlərdə müharibə iştirakçılarına verilən avtomobillərin dövlət qeydiyyat nişanı olmadan idarə olunması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının şahidi oluruq. Qazilərimiz bizim üçün çox əzizdir, amma bir insanın qazi, şəhid ailəsi statusundan istifadə edib qaydaları pozması qəbuledilməzdir. Məsələ ilə bağlı 1news.az-a danışan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib ki, bəzi qazilərimiz qazi statustundan sui-istifadə edərək qayda pozmağa cəhd edirlər.
“Bəzi qazilərimiz idarə etdikləri avtomobillərin nömrələrini çıxararaq yola çıxırlar. Məqsəd yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaqdır. Bu yolverilməzdir. Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozur. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və qanun pozuntularına haqq qazandırmağa çalışırlar”.

Namidan Piriyev
O, bildirib ki, torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ancaq nəzərə almaq lazımdır ki, qanun hər kəs üçün qanundur”.
“Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, lakin bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər” – deyə, N.Piriyev sözlərinə əlavə edib:
“Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması, yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, 7-8-də noyabr tarixlərində qazilərin iştirakı ilə maddi zərərlə nəticələnən bir neçə yol qəzası baş verib.

Elməddin Muradlı
“Hərbi geyimli mülki şəxslər tərəfindən avtoxuliqanlıq hərəkətləri qeydə alınıb. Sonda məlum olub ki, hərbi geyimdə olan, yaxasına medallar asan həmin sürücülərdən bir neçəsi nəinki döyüşdə, ümumiyyətlə, hərbi xidmətdə olmayıb. Mağazadan hərbi geyim alıb, ordan-burdan da medal tapıb düşüblər meydana. Artıq zərurətə çevrildi: gerçək qaziləri yalnız sənəd tələb edərək seçək və hərbi geyim məsələsinə məhdudiyyət qoyaq. Yoxsa dələduzlar meydan sulayacaq. Məsələnin hansısa hüquqi forması tapılmalıdır. İstənilən halda, hamı qaydalara riayət etməlidir, statusdan istifadə edib qaydaları pozmaq olmaz. Kiçik bir səhv ağır fəsadlara gətirib çıxaracaq”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













