Yol polisindən "Şamaxinka"da piyadalara qarşı təqdirəlayiq hərəkət - VİDEO

Bu gün səhər saatlarında yol polisi əməkdaşları “Şamaxinka” adlanan ərazidə xidmət aparan zaman yolu qadağan olunmuş yerdən yaşlı qadınlar təhlükə ilə üzləşib. Avtosfer.az xəbər verir ki, onların əlində ağır yük olduğu üçün yolu keçməkdə çətinlik çəkiblər. Bunu görən ərazidə xidmət aparan 99-YP-351 dövlət nömrə nişanlı DYP avtomobilinin ekipajı qadınlara yardım edib. Yol polisi əməkdaşlarından biri yolda avtomobillərin hərəkətini dayandırıb, digəri isə qadınların yükünü götürərək onların yoldan tez keçməsinə kömək edib.
Qeyd edək ki, görüntüləri sosial şəbəkədə jurnalist Mahir Məmmədli paylaşıb: ““Şamaxinka”da təsadüfən rastlaşdığım hadisə. Əl yükü ağır olan qadınlar yolu keçmək istəyirdi. Amma səhər pik saatı olduğundan enli yolu keçməkdə çətinlik çəkirdilər. Ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşı avtomobildən düşdü, qadınların yükünü daşımağa kömək etdi və onların yolu keçməsinə şərait yaratdı. Səhər-səhər belə ürəkaçan mənzərə”.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












