Yol polisindən Siyəzəndə piyadalarla əlaqəli TƏDBİR - FOTO

Siyəzən rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən qəzaların qarşısının alınması, yarana biləcək süni sıxlığın aradan qaldırılması üçün proflaktiki tədbirlər görülür, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Siyəzən RPŞ-nin Dövlət Yol Polisi Bölməsi-nin əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçiriblər. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Piyadalara diqqət göstərilməsi, onlar üçüm nəzərdə tutulmuş zolaqlara, xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi nəzərə çatdırılıb. Həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verənlər barəsində tənbeh tədbirləri tətbiq edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














