Yol polisindən sürücülərə çağırış: "Maşını sürməzdən əvvəl ətrafında fırlanın"

Havalar get-gedə soyuduğu üçün sahibsiz küçə heyvanları, xüsusən də, pişiklər isti yer tapmağa çalışırlar. Bunun üçün onlar ən çox məhz avtomobillərin altı, mühərrikxana, təkərin üstü və s. yerləri seçirlər. Dəfələrlə sosial şəbəkələrdə bununla bağlı görüntülər paylaşılaraq, insanlara bilgilər verilib. Həmin foto və videolar da izləyicilər tərəfindən müsbət qarşılanıb və izləyicilər sürücülərə diqqətli olmağı məsləhət görüb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a danışıb. O, öz növbəsində tövsiyə edib ki, avtomobil sahibləri nəqliyyat vasitəsini işə salmazdan əvvəl onun ətrafında dövrə vurub diqqət yetirsinlər:
“Əvvəla bildirmək istəyirəm ki, hər bir nəqliyyat vasitəsinin sahibi gündəlik olaraq, avtomobilin texniki sazlığına, onun vəziyyətinə diqqət yetirməlidir. Texniki sazlıqdan başqa, avtomobilin morfoloji əlamətlərinə də diqqət yetirmək lazımdır. Buna görə də, avtomobil sahiblərindən tələb olunur ki, nəqliyyat vasitəsini işə salmamışdan əvvəl onun ətrafında 360 dərəcə dövrə vursun. Bu zaman avtomobilin nömrə nişanının düşdüyünü, onun morfoloji nasazlığını və s. görə bilər. Xüsusilə qış mövsümündə avtomobillərini küçədə saxlayanlar bir az da diqqətlərini artırmalıdırlar. Çünki hava soyuq olduğu üçün bəzi küçə heyvanları, xüsusən də pişiklər özlərinə isti yer tapmaq üçün avtomobillərin əsasən mühərrik hissəsində yuva qururlar. Buna görə də tövsiyə olunur ki, sürücü avtomobilə bir siqnal versin, yaxud mühərrikxananı açsın ki, əgər heyvan varsa qaçsın. Əks halda mühərrikin pərinə ilişən heyvan da tələf olur, avtomobilə də ciddi ziyan dəyir”.
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO












