Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: "Bunları etmək vacibdir"

Hazırda paytaxt ərazisində soyuq hava şəraiti hökm sürür. Havanın temperaturu mənfiyə doğru gedir. Bu da paytaxtın inzibati ərazisinə daxil olan bəzi eniş-yoxuşlu yollarda sürüşmə ehtimalı yaradır. Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, sürücülərə müraciət edərək bildirib ki, diqqətli olmaq, sürət həddini minimuma endirmək və ara məsafəsi saxlamaq zəruridir. "Unutmaq olmaz ki, belə havada avtobililin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Yol və meteoroloji şəraiti nəzərə almadan sürətə nəzarət etməmək xüsusilə enişli-yoxuşlu yollarda bu cür hava şəraitində maşının sürüşməsi ilə nəticələnir. Odur ki, sürücülər yol nişanlarının, nizamlayıcı texniki qurğuların göstəricilərinə əməl etməlidir. Dövlət nömrə nişanının görünməsi və işıq cihazlarının saz saxlanması vacib şərtlərdən biridir."
Vaqif Əsədov onu da əlavə edib ki, sürücülər piyadaların hərəkətinə diqqət yetirməlidir. "Qəzaların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Eyni zamanda piyadalar da diqqətli olmalı, sürücüləri çaşdırmamalı və nizamlama vasitələrinin tələblərinə riayət etməlidir. Duman olarsa müvafiq işıqların istifadə olunması da vacibdir."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













