Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “Cərimə olunacaqsınız” – VİDEO
Yol polisi
16 Mart 2022 21:51

Avtomobillərini texniki baxışdan vaxtında keçirməyən sürücülər cərimə ediləcəklər. Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı “SMS” məlumat almış şəxslər istifadələrində olan avtomobillərini yoxlanışa təqdim etməlidirlər. Bu arada 8 günlük bayram tətilində avtomobilinin texniki baxış müddəti başa çatan sürücülərə də heç bir güzəşt olunmayacaq.
Bununla bağlı yol polisi avtomobilinin texniki baxış müddəti başa çatan sürücülərə xəbərdarlıq edib. Vaxtında texniki müayəinə mərkəzinə təqdim olunmayan avtomobillərin sürücüləri inzibati qaydada cərimə olunacaqlar. Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzin Dövlət Avtomobil Müfəttişi Kamal Əhmədli deyir ki, bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez bir zamanda aşkar edilir.

Bəzi sürücülər elə zənn edirlər ki, bayram günlərində texniki baxış müddəti başa çatsa da onlara cərimə yazılmır. Amma Kamal Əhmədli onu da bildirdi ki, texniki baxış müddəti bitən avtomobil sahibləri və ya sürücülərinə bayram günlərində heç bir güzəşt edilməyəcək. Texniki baxış vaxtı keçən sürücülər cərimə olunacaq.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.

Oxunub : 24912
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ
















