Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

“Bəy-gəlin cütlüyünü bir məntəqədən digər məntəqəyə çoxsaylı nəqliyyat vasitəsinin müşayiət etməsi, lüzumsuz səs siqnallarından istifadə edilməsi düzgün deyil”.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, lüzumsuz olaraq asta sürətlə hərəkət edən zaman yol ayrıclarında keçmə qaydaları pozulur:
“Belə hallarda işıqforun, digər tənzimləyici texniki vasitələrin tələblərinə uyğun hərəkət edilmir. Bütün bunlar kameralar vasitəsilə qeydə alınır. Sürücünün spirtli içkinin, narkotik vasitələrin və ya digər güclü təsiredici psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarəetməsi ağırlaşdırıcı hal kimi qiymətləndirilir”.
V.Əsədov onu da bildirib ki, digər məsələ şadlıq saraylarının qarşısında nəqliyyat vasitələrinin ikinci, üçüncü sıralarda saxlanılmasıdır:
“Bu, digər avtomobil sürücülərinin hərəkətinə mane yaradır. Toy məclisində iştirak üçün gələn şəxsin avtomobili park etmək üçün yer tapmadıqda, yolun hərəkət hissəsində, ikinci, üçüncü zolaqda saxlaması düzgün deyil. Ərazidəki kameralar vasitəsilə yollarda 24 saat müşahidə aparılır. Qanun pozuntusunun müşahidə ediləcəyi təqdirdə avtomatik olaraq elektron qərarlar qəbul edilməklə, inzibati tənbeh tədbirləri həyata keçiriləcək”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












