Yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO

Niderlandlı hüquq mühafizəçiləri yollarda qayda pozuntularını müəyyən etmək üsulları ilə təəccübləndirirlər. Belə ki, polislər sükan arxasında telefonla danışan, yaxud yazışan sürücüləri müəyyən etmək üçün Brabant və Zelandiya əyalətləri arasında sürət yoluna polis nəqliyyatında yox, avtobusla çıxıblar.
Məlumata görə, bu yolla bir ayda minlərlə sürücü qanun pozuntusuna görə cərimələnib.
Bildirilir ki, adi sərnişin avtobusuna minən hüquq mühafizəçilər yaxınlıqda polis nəqliyyatı görünmədiyi üçün sükan arxasında arxayın şəkildə qanunu pozan sürücüləri qeydə alıb və cərimələyib.
Qanun pozucularının əksəriyyəti telefonla danışmağa, ya yazışmağa görə görə cərimələnsə də, onların arasında sükan arxasında olmasına baxmayaraq, notbukla işləyənlər də olub.
Bildirilir ki, təhlükəsizlik kəmərini taxmayanlar da cərimədən yan keçə bilməyiblər.
Bundan başqa, həbs müddəti bitmədən şəhəri tərk edən iki nəfər həbs olunub.
///oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












