Yol polisindən XƏBƏRDARLIQ: "Son qoysunlar, əks halda..." - VİDEO

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın inzibati ərazisində təyin olunmamış yerlərdə park edən sürücülər, o cümlədən qanunsuz parkinq xidməti göstərən şəxslərə qarşı nəzarət proflaktiki tədbirləri davam etdirir." Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, istər sürücülər, istərsə də qanunsuz pakinq xidməti göstərən şəxslərlə aparılan proflaktiki söhbətlər öz müsbət nəticəsini verir. "Lakin bəzi ərazislərdə gizlin parkinq xidməti yenə təşkil olunur. Eyni zamanda sürücülər də dayanma-durma qaydalarına riayət etmirlər. Bir daha həm sürücülərə, həm də "parkovşik" kimi tanınan şəxslərə müraciət edərək bildiririk ki, etdikləri əməl qanunaziddir və inzibati məsuliyyəti var."
Rüstəm Əhmədli onu da əlavə edib ki, DYP tərəfindən mütamadi olaraq reydlər davam etdiriləcək. "Artıq bir müddətdir ki, proflaktiki söhbətlər aparılır, vətəndaşlara qanunun tələbləri izah olunur. Bu barədə dəfələrlə kütləvi informasiya vasitələrində müraciətlər də olub. Bir daha xəbərdarlıq edərək bildiririk ki, istər sürücülər, istərsə də qanunsuz parkinq təşkil edənlər bu əməllərindən əl çəksinlər. Əks təqdirdə yol polisi qanunun tələblərinə uyğun olaraq bu şəxsləri inzibati məsuliyyətə cəlb edəcək".
Qeyd edək ki, son vaxtlar yol polisinin həyata keçirdiyi profilaktiki tədbirlər müsbət nəticələr verməkdədir. Artıq hərəkətin təşklində dəyişikliklər müşahidə edilir ki, bu da sıxlığın və tıxacın azalmasına gətirib çıxarır. DYP tərəfindən həyata keçirilən tədbirlər cərimələnmə prinsipindən daha çox maarifləndirməyə yönəlib. Bu da müsbət nəticələr verməkdədir.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












