Yol polisinə dronlar verilsin - Qaçan sürücülərin təqib edilməsi vacibdir
Yol polisi
13 Oktyabr 2022 16:17

Millət vəkili Razi Nurullayev yol polisi əməkdaşlarını sürücüləri təqib edərək yollarda təhlükəli vəziyyət yaratmaqda qınayıb. O, bunu parlamentdəki son çıxışında bildirib. Millət vəkilinin bu fikri ekspertlərdə narazılıq yaradıb. "Bəzi yol polisi əməkdaşları səbəbsiz yerə avtomobillərin arxasınca düşərək onları təqib edir. Avtomobili təqib etmək təhlükəlidir. Sürücü tabe olmursa, asanlıqla o avtomobili müəyyən etmək olur", - deputat vurğulayıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, polis istənilən halda sürücünü təqib edə bilər. "Amma qanunvericilikdə boşluq var. Çünki "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsində qeyd olunur ki, sürücü cinayət törədib qaçırsa və avtomobildə hansısa cinayət törətmiş şəxsin olduğu barədə məlumat daxil olursa polis razılaşdırılmış formada onu təqib edə bilər. Maddənin qeyd hissəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması fit çalma və jezllə işarə verməklə, eləcə də səsgücləndirici cihaz vasitəsilə həyata keçirilə bilər. Məcburi dayandırılma vasitələri qanunda tam aydın izah olunmasa da, yola "kirpi” atıb avtomobilin təkərlərini deşməklə onu saxlatdırmaq, süni sıxlıq yaratmaqla və ya maşının vurularaq dayandırlması kimi hallar tətbiq olunur. Təsəvvür edin ki, polis narkotik vasitə qəbul edən şəxsi saxlamaq istəyir və o da maşını dayandırmır, qaçır. Bu vəziyyətdə heç bir radar, kamera bunu müəyyən edə bilməz. Kamera necə biləcək ki, sürücü sərxoşdur, narkomandır, spirtli içki içib? Qaçıb gizlənir, 3 gündən sonra tutulanda da deyir, qaçmışamsa, cəriməsi 80 manatdır, yaz. Belə düzgün deyil axı. Hər bir halda polis təhlükəsizlik qaydalarını gözləməklə onu təqib etməlidir", - Elməddin Muradlı bildirib.

Ekspert eyni zamanda deputatın fikirlərinin yanlış olduğunu da vurğulayıb: "Deputat ağıllı bir fikir səsləndirsin, doğru arqumet ortaya qoysun. Ola bilsin ki, sürücülər ona müraciət edib. Deputatın da real vəziyyətdən xəbəri olmadığı üçün gətirdiyi arqumetlər və dediyi fikirlər qarışıq olub. O zaman düzgün variant hansıdırsa təkilf etməlidir. Mən arqumet kimi deyirəm ki, təqib olmalıdır və səbəblərini də yuxarıda izah elədim. Ancaq yenə də deyirəm ki, təhlükəsizlik qaydalarını qorumaq şərti ilə təqib edilə bilər.
Bundan başqa nömrələrin üzərinə çip qoyublar. Niyə işləmir o çiplər?
Yeri gələndə, yol polislərinə dronlar verilməlidir. Başqa ölkələrdə yol polisində dronlardan istifadə olunur. Təqib çətin olarsa dronlarla sürücünün idarə etdiyi avtomobili izləyib yerini müəyyən etsinlər və sakitcə gedib yaxalasınlar. Bu məsələyə də istənilən halda Milli Məclisin deputatları səs verməlidirlər. Qanunvericilikdə boşluq varsa, zəhmət çəkib boşluğu aradan qaldırsınlar. Bunu deputatlar etməlidir",- ekspert əlavə edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Bakıda yol polis əməkdaşları qanuna riayyət etməklə, qayda pozan sürücünü təqib edə bilər. Bakıda bu kimi hallara çox rast gəlinir. "Yol polis əməkdaşları qanuna riayyət etməklə, qayda pozan sürücünü təqib edə bilər. Nəqliyyat vasitəsində bəlkə silah daşıyır, odlu silah gəzdirir və s. Bu kimi halların qarşısı mütləq şəkildə alınmalıdır. Bu hallarda digər hərəkətdə olan sürücü və şəxslər üçün real təhlükə yaradır. Belə olan halda dövlət yol polis əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə sürücünü təqib edə bilər",- Araz Əsgərli bildirib.
anews.az
Oxunub : 4430
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ














