Yol polisinə lezva çıxardan "avtoş" yenə həbs olundu - VİDEO

Bakının "islah olmayan" "avtoşu" yenidən həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, 90 OP 027 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü Babək prospektində qəza törədib və hadisə yerindən qaçıb. Yol polisi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində sürücü Zahir Zakir oğlu Zalov həbs saxlanılıb.
Onun barəsində toplanmış materiallar aidəyyi üzrə məhkəməyə təqdim olunub. Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 333.1 və 551.1.2 maddələri ilə təqsirli bilib. Zahir Zalov məhkəmənin qərarı ilə bir il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətində inzibati qaydada həbs olunub.
Qeyd edək ki, sürücü əsasən gecə saatlarında avtoxuliqanlıq edir. Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək "Instagram" hesabında yerləşdirir. Həmçinin hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir.
Sürücünün törətdiyi əməllərdən ibarət videomaterialı təqdim edirik:
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












