Yol polisinə şər atan vəsiqəsiz sürücü haqqında DİN-dən AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir.
Bunu DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Avtosfer.az-a göndərdiyi yazılı açıqlamada bildirib.
“YPX-nin inspektoru rayon ərazisində hərəkətdə olan Masallı rayon sakini Kamran Adıgözəlovun idarə etdiyi “KİA” markalı avtomobili yollarda intizamsızlıq etdiyinə və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, eləcə də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə nəzarət-yoxlama qaydasında saxlayıb. Araşdırmalar zamanı K.Adıgözəlovun sürücülük hüququ olmadan Rizvan Oruczadəyə məxsus avtomobili idarə etdiyi məlum olub. Qeyd edim ki, R.Oruczadə həmin anda orada olmayıb. Daha sonra polis əməkdaşı tərəfindən hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub və maşın cərimə meydançasına aparılıb. Rizvan Oruczadənin bir müddət sonraYPX-nin əməkdaşlarına yaxınlaşaraq video görüntülər çəkməsi özünü təmizə çıxarmaq və polis əməkdaşlarına şər yaxmaq məqsədi daşıyır”.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












