Yol polisini rüşvət almaqda ittiham edən sürücü barəsində RƏSMİ AÇIQLAMA - FOTO

Dünən sürücü Şahmar Mustafayev Binəqədi rayonu ərazisində idarə etdiyi 90 VJ 810 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobildə konstruksiya dəyişiklikləri və əlavə avadanlıq quraşdırıldığı üçün dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Yerində tibbi müayinədən keçirilərkən sərxoş olması təsdiqlənib. Sürücü özü də protokolda sərxoş olduğunu və bir bakal pivə içdiyini etiraf edib.
Dövlət yol polisi əməkdaşları sürücü barəsində inzibati qaydada protokol tərtib edib və avtomobil duracağa yerləşdirilib. Sürücü isə 400 manat məbləğində cərimə edilib.
Lakin sonradan sürücü Şahmar Mustafayev mətbuata şikayət xarakterli məlumatlar verərək yol polisini ondan rüşvət istəməkdə ittiham edib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, sürücünün səsləndirdiyi ittihamlar tamamilə əsassızdır. "Yoxlama zamanı məlum olub ki, sürücüdən hər hansı başqa bir tələb olmayıb və onun barəsində elə yerindəcə protokol tərtib olunub. Görünür, sürücü məsuliyyətdən yayınmaq üçün müxtəlif onlayn kütləvi informasiya vasitələrində yol polisini ittiham etməyə başlayıb. Həmin kütləvi informasiya vasitələrinin diqqətinə bir daha çatdırırıq ki, dəqiqləşdirməmiş məlumatları yaydıqlarına görə barələrində tədbir görülməsi üçün məhkəməyə müraciət olunacaq. Çünki həmin məlumatlarda yol polisinin nüfuzuna xələl gətirəcək ifadələr yer alıb ki, bu da cəmiyyətdə yalnış fikir formalaşdırır".
Sürücü barəsində tərtib olunmuş qanuni sənədlərin və öz izahatının fotolarını təqdim edirik:
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















