Yol polisinin bu görüntüləri ilə bağlı araşdırma başladı - DYP-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 414 dövlət nömrə nişanlı YPX avtomobilin sürücüsünün hərəkət zamanı yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. Görüntüləri yayan professor Elçin Əliyev bildirib ki, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili 4 dəfə qayda pozub.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən) təhlükəsizlik qaydalarına riayət etməklə zəruri hallarda yol hərəkəti qaydalarını poza bilər. "Təəssüflər olsun ki, bəzən vətəndaşlarda bu tip nəqliyyat vasitələri barədə məlumat olmadığı üçün bunu qayda pozuntusu kimi qiymətləndirirlər.
Təhlükəsizlik qaydalarına riayət etməklə pozulan qaydalar mütləq nəzərə alınır. Əgər buna riayət olunmazsa, o zaman qaydaları pozan YPX əməkdaşları da cəzalandırılır.
Hazırda qeyd olunan məsələ Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılır. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












