Yol polisinin burada radar quraşdırması düzgündürmü? - VİDEO

Naftalan şəhəri ərazisində yol patrul xidməti avtomobilinin qayda pozuntusunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yol polisi əməkdaşları xidmət apardıqları 99-YP-648 qeydiyyat nişanlı patrul avtomobilini yolun sol tərəfində, piyada keçidinin qarşısında park edərək radar quraşdırıb.
Avtomobili bu cür park edib radar qurmaq nə dərəcədə doğrudur?
Hərəkətin təhlükəsizliyini artırmaq məqsədilə, həmçinin sürət həddini aşan sürücülərin məsuliyyətə cəlb edilməsi üçün yollarda radar quraşdırılması vacib hesab olunur. Lakin e-patrul sistemi ilə radar quraşdırarkən təhlüləsizlik tam təmin edilməlidir. Yəni polis əməkdaşları "Yol patrul xidməti" haqqında təlimatın və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Adıçəkilən təlimatda qeyd olunub ki, dayanma-durma qadağan olunan yerlərdə yol polisi əməkdaşlarının xidmət aparması, o cümlədən qayda pozan sürücülərin dayandırılması qadağandır. Bu müddəa hərəkətin təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulub. Ona görə də sürətli zolaqda radar quraşdırılması təhlükəsizliyi təmin etməkdən çox, təhlükə yaratmaqdır.
Həmin əməkdaşların yolun sağ tərəfində dayanıb xidmət aparması həm özlərinə, həm də digər hərəkət iştirakçılarına daha təhlükəsiz olardı.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












