Yol polisinin yanında qırmızı işıqdan keçdilər - VİDEO

Gəncədə yol patrul xidməti avtomobilinin yanında iki avtomobil işıqforun qırmızı işığında gözləmədən keçib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Kobud pozuntu izləyicilərin qınağına səbəb olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, həmin pozuntuya yol verən sürücülər barəsində cərimə protokolu tərtib olunub:
"Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitisənin dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmək haqqında qərar çıxarmaq qadağandır.
Sosial Şəbəkələrdə yayılan bu videoda əks olunan fakt bu ilin mart ayında baş verib. Həmin pozuntu xüsusi texniki vasitənin köməyi ilə qeydə alınaraq avtomobil sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə protokol tərtib edilib. Bir daha qeyd etmək istəyirəm ki, eyni xətaya görə şəxs 2 dəfə məsuliyyətə cəlb edilə bilməz".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












