Qayda pozub yol polislərini videoya çəkən sürücü həbs olundu: 8 gün

Qayda pozaraq DYP əməkdaşlarını mobil telefon vasitəsilə videoya çəkən şəxs həbs olunub. Avtosfer.az xəbər verir ki, hadisə okrtaybrın 21-də, saat 13:00 radələrində baş verib. Belə ki, 99-YP-681 dövlət nömrə nişanlı partul avtomobili ilə xidmət aparan əməkdaşlar 99-RZ-286 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı maşınının sürücüsünün sükan arxasında mobil telefondan istifadə etdiyini müşahidə ediblər. Sürücünü saxlayan YPX əməkdaşları ona qayda pozuntusu ilə bağlı məlumat verib. Bu zaman sürücü etirazını bildirərək mobil telefon ilə inspektorları videoya çəkməyə başlayıb.
Ona qanunun tələblərinə riayət edərək sənədlərini təqdim etmək lazım olduğunu bildirilsə də, sürücü bundan imtina edərək tabesizlik nümayiş etdirib. YPX əməkdaşları sürücünü 10-cu polis bölməsinə təhvil verib. Onun barəsində toplanmış materiallar aidiyəti üzrə məhkəməyə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü İsazadə Urfan Daşqın oğlu 8 gün müddətində inzibati qaydada həbs edilib.
Yunis
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












