Yollarda ciddi TƏHLÜKƏ: "Prius"lar niyə tez-tez qəza törədir? - DYP açıqladı
Yol polisi
2 Dekabr 2021 12:08

"Son zamanlar "Toyota Prius" markalı avtomobilərinin idarə edilməsi faktları çoxaldığından, baş vermiş yol-qəza hadisələrində adının hallanması təsadüfi deyil”. Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, axır vaxtlar ölkəyə daha çox bu markalı avtomobillər gətirilir: "Görünür, "Toyota Prius”lar sürücülər üçün daha sərfəlidir. Yəni bu tipli avtomobil idarə edənlər amortizasiya xərclərinin azalması, yanacaq sərfiyyatı, ehtiyat hissələri və digər göstəriciləri nəzərə alır. Ona görə də, bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Açıq etiraf etmək lazımdır ki, bu avtomobillərdən bütün istiqamətlər üzrə istifadə edənlər çoxdur. Məsələn, taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti "Toyoya Prius”dan istifadə edir. Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrində bu tipli avtomobillərin sayı kifayət qədərdir. Yaş həddinə gəldikdə isə, həmin avtomobilləri idarə edənlər arasında 26-35 arası gənclər çoxluq təşkil edir. Onların da əksəriyyətini ya müştəri tələsdirir, ya da deyilən ünvana tez çatmaq adı ilə tələsirlər. Bu, sərnişin daşıma ilə məşğul olan sürücülərin bizə verdiyi informasiyalardır”.
Müsahibimiz qeyd edib ki, yol hərəkətində tələsmək qəzaya səbəb olan əsas faktorlardan biridir: "Birmənalı olaraq, sükan arxasında oturan şəxs tələsməməlidir. Bir daha avtomobil sürücülərinə məlumat üçün bildirirəm ki, yol hərəkətində tələsmək real yol-nəqliyyat hadisəsinin yaşanması və ya baş verməsi deməkdir. Sürücü idarəetmədən diqqətini yaymamalı, hərəkət istiqamətində təmkinli olmalı, normal sürət həddi seçməli, ara məsafəsini düzgün saxlamalı və yolboyu qoyulmuş nizamlayıcı texniki vasitələrini, yol nişanlarını nəzərə almalı, dairəvi hərəkət təşkil edən ərazilərdə qoyulan tələbləri düzgün yerinə yetirməlidir ki, ən azı qəza hadisəsi olmasın. Özünə və başqa hərəkət iştirakçılarına da xəsarət və ya maddi zərər yetirməsin. Təəssüf ki, sözügedən avtomobilin sürücüləri bu göstəriciləri bəzən yaddan çıxarır və son nəticədə də yol qəza hadisələrinin baş verməsinə səbəb olurlar”.
Oxunub : 9794
DİGƏR XƏBƏRLƏR
7 Sentyabr 2026 20:49
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
7 Sentyabr 2026 11:18
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
7 Sentyabr 2026 10:00
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
6 Sentyabr 2026 11:13
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
4 Sentyabr 2026 19:00
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
4 Sentyabr 2026 13:36
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
3 Sentyabr 2026 16:54
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
3 Sentyabr 2026 10:06
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
3 Sentyabr 2026 09:30
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
2 Sentyabr 2026 13:30
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
2 Sentyabr 2026 13:11
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
1 Sentyabr 2026 15:18
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
ŞƏRH YAZ










