Zaqalatada "at oynadan" "avtoşlar": Sakinlər şikayət edir - VİDEO

Zaqatalada avtoxuliqanlıq hərəkətləri edib video çəkərək sosial şəbəkələrdə paylaşan sürücülərdən şikayət var. Avtosfer.az xəbər verir ki, 10-CK-838 dövlət nömtə nişanlı, "VAZ 2107" markalı və 62-BA-021 dövlət nömrə nişanlı, "VAZ 21 011" markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edir. Sakinlər deyir ki, bu sürücülərin ucbatından uşaqlarını küçəyə buraxa bilmirlər. Ümid edirik ki, DYP bu barədə müvafiq addım atacaq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, həmin görüntülər Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində araşdırılıb. Araşdırma zamanı videonun Yuxarı Tala kəndi ərazisində, təxminən 2018-ci ildə çəkildiyi məlum olub. 10-CK-838 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin keçmiş sahibi Sənan Xəlilov şöbəyə dəvət olunub və o, əməlini səmimi olaraq etiraf edib. Həmçinin, nəqliyyat vasitəsini iki il əvvəl başqa bir şəxsə satdığını bildirib. Onunla profilaktiki söhbətlər aparılıb və xəbərdarlıq edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsi 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasına görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












