Zəfər Günü avtoxuliqanlıq edənlər saxlanıldı; məhkəmə həbs verdi - FOTO - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Göygöl rayon sakini Elşən Məmmədov 8 noyabr - Zəfər Günündə “Niva” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Bundan başqa polis əməkdaşları tərəfindən Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ 2107” markalı avtomobil ilə təhlükəli manevrlər etməsi aşkar olunub. Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs ardıcıl olaraq 25 və 20 sutka inzibati qaydada həbs edilib. Qanunla qadağan edilməsinə baxmayaraq sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü isə cərimə edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















