Zərdabda "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhəri 2 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Murad Muradlı dövrümüzün bəlası olan “ağ ölümün” insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. O, bildirib ki, bu bəlanın qurbanına çevrilən şəxslər sağlam həyata qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə isə cəmiyyətdən tamamilə təcrid olunmağa başlayırlar. Zərərli maddələrin aludəçiliyindən qurtula bilməyən gənclər, öz həyatlarını bilə-bilə məhv edirlər.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər
Tədbirin sonunda məktəblilərə narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















