Soydaşlarımız avtoyürüş keçiriblər - FOTO

ABŞ-nin Kaliforniya ştatının Bay Area ərazisində yaşayan azərbaycanlılar 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan tədbirdə bir araya gəliblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə əvvəlcə avtomobillərin yürüşü, sonra şəbəkələşmə tədbiri keçirilib. Günün ilk yarısı Azərbaycan bayraqları ilə bəzədilən avtomobil karvanı Kupertino və San Xose şəhərlərindən keçərək San Fransiskoya doğru hərəkət edib. Karvan yüzlərlə yerli sakinin marağına səbəb olub. Yürüşdən sonra Azərbaycan icmasının iştirakı ilə şəbəkələşmə tədbiri baş tutub. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin Əməliyyatlar və tədbirlər üzrə katibi Nurlan Şükürlü bu cür tədbirlərin yeni gələn icma üzvləri ilə uzun müddət ABŞ-da yaşayan azərbaycanlılar arasında mühüm körpü rolu oynadığını qeyd edib. O belə təşəbbüslərin ABŞ-da doğulan azərbaycanlı uşaqların öz köklərini unutmaması, milli kimliklərinə sahib çıxması və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir iştirakçılarına Azərbaycanın ləziz təamları təqdim olunub. Uşaqlar isə müxtəlif əyləncəli oyunlarla xoş vaxt keçiriblər. Soydaşımız müğənni Günay Sənanın və “Sound of Fire” (“Alov səsi”) nağara qrupunun ifasında səsləndirilən musiqilər böyük coşqu ilə qarşılanıb.








“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












