Şəhərin mərkəzində 13 yaşlı "avtoş" polislərə tər tökdürdü - FOTO

Fransanın Nant şəhərində polis gecə boyu 13 yaşlı uşaqla sözün həqiqi mənasında qaçdı-tutdu oynayıb. Avtosfer.az xəbər verir ki, gecə saat 3 radələrində jandarmlar şübhəli avtomobili saxlatmaq istəyib. Lakin sürücü polis avtomobilini vuraraq qaçıb. Əlavə qüvvələr cəlb olunsa da, yeniyetməni 3 saat sonra saxlamaq mümkün olub. Polis son çarə kimi yola mismarlı lent döşəyib. Təkərlər tədricən boşaldıqdan sonra yeniyetmə avtoş uzağa gedə bilməyib. Maşın dayandıqda isə sərnişin qaçıb. Əməliyyat zamanı sürücü 5 polis avtomobilini zədələyib.
Saxlanan yeniyetmə idarəyə gətirilərkən məlum olub ki, o, atasının avtomobilini qaçırıb, özü isə narkotik vasitənin təsiri altındadır. Axtarış zamanı üzərindən keramik bıçaq və həşiş qatranı çıxan yeniyetmə uşaqlar üçün saxlanma məntəqəsinə göndərilib.
Vüqar
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












