"3 gündür isti su yoxdur" deyən vətəndaşın şikayətinə baxıldı

Avtosfer.az saytının “Qaynar xətt”inə mütəmadi olaraq sakinlər tərəfindən müxtəlif mövzularla bağlı şikayətlər daxil olur. Növbəti dəfə isə Nərimanov rayon sakinləri müraciət edərək üzləşdikləri problemdən danışdılar. Şikayətdə bildirilir ki, rayonun Heydər Əliyev prospektində yerləşən 79-cu binanın sakinləri artıq 3 gündür isti su üzünə həsrət qalıblar. Çünki ərazidəki qazanxanadan binaya isti su verilmir.
Sakinlərin məlum iddiası ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı problemdən xəbərdar olduğunu və sakinlərin qısa zamanda isti su ilə təmin olunacağını bildirdi. Onu da qeyd etdi ki, problemin yaranmasına səbəb ərazidə yeni isti su sayğaclarının quraşdırılmasıdır. Qurum sözçüsünün “qısa zamanda həll ediləcək” vədinin nə qədər real olub-olmadığını öyrənmək üçün elə qısa zaman sonra redaksiyamıza şikayət ünvanlayan sakinlərlə əlaqə saxladıq. Məlum oldu ki, verilən vəd söz olaraq qalmayıb, problem həll edilib.
Ümid edirik ki, bundan sonra analoji hal yaşanmaz, yaşanarsa belə ən azından ərazidəki sakinlər sözügedən qurum tərəfindən əvvəlcədən məlumatlandırılarlar.
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












