“3D” piyada keçidləri Azərbaycanda niyə istifadə olunmur? – Ekspert səbəbini açıqladı - VİDEO

Piyadaların yolun əks tərəfinə keçməsi üçün müxtəlif növ piyada keçidləri təşkil olunub. Bu keçidlərin ən çox yayılmış növü isə zebra zolaqlarıdır. Lakin bəzi sürücülər ya diqqətsizlik, ya da məsuliyyətsizlik edib, bu tip keçidlərdə piayadalar üçün təhlükə yaradır. Xaricdə bu kimi halların qarşısını almaq üçün yollarda “3D” formatlı piyada keçidindən istifadə olunur.
Avtosfer.az xəbər verir ki, belə keçidlər həm piyadaların, həm də sürücülərin diqqətini çəkir, hər iki tərəfi daha məsuliyyətli olmağa sövq edir.
Ölkəmizdə son vaxtlar piyadavurma hadisələrinin sayı artıb. Həmçinin belə hallar əksərən elə piyada keçidində baş verir. Piyadaların çoxu isə keçidlərdən istifadə etmir. Bəs Azərbaycanda “3D” formatlı piyada keçidləri niyə geniş istifadə olunmur?
Bu barədə Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq dünyanın bir çox ölkələrində “3D” formatlı piyada keçidlərindən istifadə olunur: “Belə keçidlər Azərbaycanda da bir neçə yerdə - Bakıda, Gəncədə və Naxçıvanda nümunə olaraq tətbiq edilmişdi. Amma çox təəssüflər olsun ki, keyfiyyətsiz boyalardan istifadə olunduğu üçün xətlər tez bir zamanda silindi. Sürücülərin diqqətini cəlb etmək və onları əvvəlcədən piyadaya qarşı diqqətli olmağa məcbur etmək üçün bu cür formatlardan, yeni texnologiyaların imkan verdiyi vasitələrdən bəhrələnmək lazımdır”.
Ekspert təəssüflə qeyd edib ki, Azərbaycanda keçidlərin, xüsusən də bu zebraların ən böyük problemi keyfiyyətsiz boyalardan istifadə məsələsidir: “Yəni keyfiyyətli boya olsa, elə ənənəvi zebralar da kifayət edəcək. Azərbaycanda bu gün piyada keçidi üçün istifadə olunmuş rəng üç aydan sonra silinib, yoxa çıxır”.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












