40-dan çox şəxsə saxta sənədlə torpaq satıldı - KURYOZ DƏLƏDUZLUQ - VİDEO

Aldıqları torpaq sahəsinin özlərindən başqa 40 sahibi var. Belə ki, bir qrup paytaxt sakini torpaq sahəsi almaq istəyərkən dələduzların qurbanına çevriliblər.
Paytaxt sakini Razim Eyyubov deyir ki, internetdə gördüyü torpaq sahəsini bəyəndikdən sonra sahibi ilə əlaqə saxlayıb. Ünvanı dəqiqləşdirərək əraziyə baxmağa yollanıb. Hər şey ürəyincə olduğundan torpaq sahibi ilə telefonda razılığa gələrək alqı-satqı müqaviləsi bağlayıblar.
Razim Eyyubov deyir ki, aldığı torpaq sahəsinin saxta sənədlər əsasında hazırlandığını öyrəndikdən sonra, ərazinin başqa sahibləri də ortaya çıxıb. Məlum olub ki, onlar da Orxan adlı şəxs tərəfindən aldadılıblar. İndi isə ödədikləri məbləği geri ala bilmirlər.
Eyni tora düşən paytaxt sakini Ramin Eyyubov da adlığını düşündüyü torpaq sahəsi üçün 10 min manat ödəniş edib. Lakin ortada nə torpaq var, nə də torpaq satan.
Torpaq almaq adı ilə aldadılan bu şəxslər deyir ki, məsələ ilə əlaqədar bir neçə ay öncə polisə müraciət ediblər. Lakin nə ödədikləri məbləği geri ala biliblər, nə də tutarlı cavab.
Məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev belə münasibət bildirib.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












