Ağcabədidə iki maşın toqquşdu, biri yandı - Ər-arvad kül oldu - VİDEO
Ağcabədi rayonunda baş verən yol qəzasında yanaraq ölən və xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib. Rayonunun Avşar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21099" markalı avtomobildə yanaraq ölən şəxslər - rayon sakinləri 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdir.
Hadisə zamanı digər "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcəbədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan O.Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
*** 10:32
Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Report
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

















