Avtobus sürücüsü sükan arxasında telefonla danışır - VİDEO
Bakıda avtobus sürücüsü sükan arxasında telefonla danışıb. Yəni iş başında, sərnişin daşıyarkən bu qayda pozuntusuna yol verib. Bununla o, eyni anda bir neçə sərnişinin həyatını təhlükəyə atıb.
Sərnişin daşıyan marşrut avtobusunun sürücüsü telefonla danışır.
O, digər avtobus sürücüsü ilə intervalı müzakirə edir.
Bu görüntülər paytaxtda metronun "Həzi Aslanov" stansiyasından, Yeni Suraxanıya sərnişin daşıyan 104 saylı avtobusda sərnişinlərdən biri tərəfindən lentə alınıb. Sürücünün həm də siqaret çəkdiyi aydın görünür.
Sərnişinlərin həyatlarını risk altına atan sürücünün bu hərəkəti birmənalı qarşılanmayıb. Elə onun həmkarları da bu hərəkəti qınayıblar.
Məsələ ilə bağlı həmin marşrut xəttinin avtodəstə rəisi Ramiz Şəkərovla əlaqə saxladıq. O bildirdi ki, videomaterialdan məlumatlıdırlar. Yaxın günlərdə həmin sürücü haqqında cəza tədbiri görüləcək
Ramiz Şəkərov onu da bildirdi ki, əgər növbəti dəfə bu hərəkət təkrarlansa, sürücü ilə bağlanan əmək müqaviləsinə xitam da verilə bilər.
Həmin görüntülərlə bağlı videomaterialı izləyək:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












