Avtobus sürücüsünün nümunəvi hərəkəti - VİDEO
Bakıda avtobus sürücüsünün nümunəvi görüntüsü Avtosfer.az-ın kamerasına qeyd olunub. Belə ki, 3 saylı xətt üzrə fəaliyyət göstərən “Baku Bus” MMC-yə məxsus 99-JH-976 qeydiyyat nişanlı avtobusun sürücüsü, noyabrın 23-də paytaxtın Bakıxanov prospektində hərəkətdə olarkən svetoforun yaşıl işığının yanmasına baxmayaraq yolayrıcına daxil olmur. Avtobus sürücüsü yolayrıcına daxil olaraq yolun boşalmasını gözləsəydi, digər istiqamətdən gələn avtomobillərin yolunu kəsmiş olardı və nəticədə yolayrıcında xaos yarana bilərdi. Görüntüdən də aydın şəkildə görünür ki, qarşıdakı sürücülər yolayrıcının hüdudlarını tərk etmədiyi üçün digər istiqamətdən gələn sürücülərə maneə yaradıblar.
Yol Hərəkəti Haqqında Qanunun 75-ci maddəsinin II hissəsində də qeyd olunub ki,”Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır”.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












